Rusiyalı televiziya aparıcısı Vladimir Solovyov Rusiya prezidenti Vladimir Putinə müraciətindən sonra etdiyi təhqirə görə blogger Viktoriya Bonyadan üzr istəyib. Solovyov deyib ki, emosional davranışına səbəb Bonyanın rusların Putindən qorxması ilə bağlı şərhləri olub. Çünki onun sözlərinə görə, "Rusiya xalqı Rusiya prezidentindən qorxmur, onu sevir".
Lakin teleaparıcı Bonyanın İtaliya Baş naziri Corcio Melonidən onun haqqında etdiyi təhqiramiz ifadələrə görə üzr istəmək xahişini rədd edib.
"Siz onun haqqında bir qadın kimi danışırsınız. Bəs o, İtaliyanın Baş naziri deyilmi? Mən onu bir qadın kimi təhqir etmirəm. Bu, siyasi məsələdir. İtaliya siyasətçiləri Rusiya prezidentini qanlı cəllad adlandırdılar və İtaliyada heç kim onları dayandırmadı", - deyə o bildirib.
SAMİRƏ