Pentaqonun nüvə və kimyəvi təhlükəsizlik rəisi Endryu Hagg internetdə tanış olduğu bir qadına məxfi məlumatları ötürməsi xəbərlərinin ardından işdən çıxarılıb. Bu barədə ABŞ müdafiə naziri Pit Hegset məlumat verib.
CBS News Pentaqon rəhbərinin sözlərinə istinadən bildirib ki, bu barədə daha öncə jurnalist Ceyms O'Kif yazıb.
ABŞ müdafiə naziri qeyd edib ki, nazirlik məlumat sızmalarını ciddi qəbul edir və daxili təhdidləri daim izləyir. O, həmçinin bildirib ki, məxfi məlumatlara əsaslanan materialların dərc olunması ciddi risklər yarada bilər.
Bu həftə isə O'Kif sosial mediada gizli kamera ilə çəkilmiş video paylaşıb və altına "ABŞ-ın nüvə bölməsinin rəhbəri milli təhlükəsizliyə təhdid yaradan məxfi məlumatları sızdırdı" deyə yazıb.
Jurnalist həmçinin iddia edib ki, Hugg ABŞ-ın sinirləri iflic edən vasitələrə sahib olmasından və ordu kimyaçısının radiasiyaya məruz qalma nəticəsində ölümündən bəhs edib ki, bununla da hərbi sirləri faş etmiş olub.
SAMİRƏ