"Georgian Airways" uçuşları azaldır və yanacaq qiymətlərinin uukəskin artması səbəbindən müflis olma ehtimalını istisna etmir.
Bu barədə "Novosti Georgia" xəbər verir. Bildirilir ki, aviasiya yanacağı qiymətlərinin kəskin artması uçuşları gəlirsiz hala gətirib.
"Georgian Airways"in ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Viktoriya Klimiçeva izah edib ki, bəzi marşrutlarda bilet qiymətləri artıq kerosin xərclərini belə ödəmir.
O deyir ki, vəziyyət tezliklə yaxşılaşmasa, aviaşirkət iflas edə bilər. "Bu sürətlə daha 100 uçuş həyata keçirə bilərik", - deyə aviaşirkətin sözçüsü bildirib. "Lakin 101-ci uçuşu idarə edə bilməyəcəyik. Belə davam edərsə, şirkət iflas edə bilər".
SAMİRƏ