Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Keş Patel tezliklə vəzifəsindən gedə bilər.
Bu barədə "Politico" bir məmura istinadən məlumat verib. "Bu, yalnız zaman məsələsidir", - deyə mənbə nəşrə bildirib.
Məmurun sözlərinə görə, mümkün işdən çıxarılmanın əsas səbəblərindən biri Patel haqqında çoxlu sayda mənfi nəşrlərin olmasıdır. Mənbə qeyd edib ki, ABŞ prezidenti Donald Tramp FTB direktoru ətrafındakı qalmaqalların daim diqqəti yayındırmasından bezib.
Agentliyin özü Patelin gələcəyi ilə bağlı şərh verməkdən imtina edib.
Lakin bir gün əvvəl Ağ Evin mətbuat katibi Kerolin Livitt bildirib ki, mediada onun alkoqol problemləri ilə bağlı yayılan xəbərlərə baxmayaraq, ABŞ prezidenti FTB direktoruna etibar etməyə davam edir.
SAMİRƏ