"24/7 NEVS " saytının Azərbaycan prezidentinin qızı Arzu Əliyevanın ictimai fəaliyyətinə həsr etdiyi xəbərdə ikitərəfli təhrifə yol verilib .Həm şəxsi bioqrafik məlumatda, həm də Azərbaycan Xalq Cümhuriyyətinə aid tarixi faktda kobud, bəlkə də qərəzli yanlışlığa yol verilib.Xəbərdə deyilir: "Arzu Azərbaycan kinosunda prodyüserlik də edir.Onun rəhbərliyi altında " Məqsəd - Bakıdır.Hitler neft uğrunda müharibəni necə uduzdu." adlı sənədli film çəkilib. Həmçinin Arzu xanım rejissor olaraq 1940- cı illərdə İranda tanınmamış Azərbaycan dövlətinin əsasını qoymuş İran siyasətçisi Əlimərdan bəy Topçubaşov haqqında film çəkib"...Baxın ... 1940- cı illərdə İranda hansı Azərbaycan dövlətindən söhbət gedir ki, onun tanınması və ya tanınmaması söz mövzusu olsun?!
Azərbaycan Cümhuriyyətinin ilk parlament sədri, parlaq şəxsiyyət Əlimərdan bəy Topçubaşov hansı məntiq və əsasla İran siyasətçisi kimi təqdim olunur?! Bu qərəzli təhriflər şanlı tariximizi saxtalaşdırmaqla bərabər, həm də Arzu Əliyevanın tarix və incənət sahəsində ictimai fəaliyyətinin həqiqi məzmununa kölgə salır.
Namiq Quliyev