Ermənistan ordusunda daha bir naməlum əsgər ölümü faktı qeydə alınıb. Ermənistan Müdafiə Nazirliyinin bu gecə yaydığı xəbərdə deyilir ki, hərbi qulluqçu Hranik Xnkoyan naməlum şəkildə odlu silahdan açılan güllə yarasından ölüb. Hadisə avqustun 11-də axşam radələrində baş verib. Nazirliyin məlumatında deyilir ki, bu artıq son iki gündə naməlum şəkildə baş verən ikinci əsgər ölümdür.
Mətləb