Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld öz tvitter səhifəsində maraqlı məlumat yayıb. Səfir bildirib ki, Böyük Britaniya hökuməti Azərbaycanda minalarla mübarizəni dəstəkləmək üçün əlavə 500 min funt-sterlinq ayırıb.
Səfirin yazdığına görə, bu vəsait Azərbaycanın Minatəmizləmə Agentliyi və BMT-nin Azərbaycandakı İnkişaf Proqramı ilə tərəfdaşlıq çərçivəsində mina təmizləmə sahəsində Azərbaycanın potensialının artırılmasına və Böyük Qayıdışın təhlükəsizliyinin təmin edilməsinə yönəldilib.
Mətləb