Bu yaxınlarda Laçın Sərhəd Buraxılış Məntəqəsində saxlanılaraq ədalət məhkəməsinə gətirilən Meşəli qətliamının cəlladlarından biri, azərbaycanlılara qarşı amansız və vəhşi əməlləri ilə “yaddaşlara yazılan” Vaqif Xaçaturyan Xankəndidəki separatçılar üçün sən demə “qızıl qiymətindədir.” Daima terror və cinayətlərlə “bəslənən” bu faşist separatçılar küncə sıxıldıqca daha dərin qatlardakı terror simalarını gün işığına çıxarırlar.
Azərbaycanın ədaləti və haqqı bərpa etmək üçün atdığı strateji addımları erməni cinayətkarlarının əsl simasını daha aydın görmək üçün yeni fürsət yaradır. V.Xaçaturyan kimi cinayətkarın haqq divanına çəkilməsi bu erməni terrorçularını necə yandırıbsa, ağıllarına gələn istənilən sərsəm fikirləri səsləndirməkdən çəkinmirlər. Baxın, Xankəndindəki separatçı rejimin “anti-böhran Şurasının” sədri Tiqran Petrosyan öz Facebook səhifəsində nə yazır: "Qırmızı Xaçın Ağdam üzərindən “artsaxa” girişi bizim üçün yalnız bir halda – Vaqif Xaçatryanın qayıdışında məqbul ola bilər. Bütün digər hallarda bu, inteqrasiyaya məcbur etmək üçün növbəti addım olacaq..."
Açıq-aşkar separatçılar bu qoca erməni köpəyinin “xiffətini çəkirlər.” Erməni terrorçuları bu cür “bişmiş” terrorçuları geri qaytarmaq üçün sərsəmləməkdə davam edirlər. Həm də öz içlərində dəhşətli bir xof, ədalət məhkəməsində oturacaqları günün lap yaxında olduğuna qorxu qarışıq əminlik var bunlarda. Təbiətcə qorxaq və xain olan erməni kəsimi məsələnin V.Xaçaturyanla bitməyəcəyini, sarkisyanların, köçəryanların, daha neçə-neçə yanların Azərbaycanın ədalət divanına gətiriləcəyindən əmindirlər. Əli azərbaycanlı qanına batmış heç bir cinayətkar cəzadan kənarda qalmayacaq!.
Mətləb Salahov