Malayziya mətbuatı Ermənistanın yalançı "hay-küy" şousu barədə yazır. Ölkənin nüfuzlu “New Straits Times” qəzeti “Ermənistanın işğaldan sonrakı dövr reallığını qəbul etməsi Azərbaycan ilə daha yaxşı gələcək vəd edir” sərlövhəli məqalə yayımlayıb.
Məqalədə Ermənistanın “humanitar yardım” manipulyasiyasının əsl mahiyyətindən bəhs olunur. Müəllif son 3 ilə yaxın müddət ərzində iki ölkə arasında sülh istiqamətində olan prosesdə Ermənistan və havadarlarının səmimiyyətsizliyindən söz açaraq, Ermənistanın sürətlə silahlanması, Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı şifahi bəyanatlarına baxmayaraq, Rusiyanın sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycana məxsus regionda hələ də qanunsuz hərbi birləşmələrini saxlamaqda davam etməsi, danışıqlar prosesində hələ də başqa ölkələrin cəsarətləndirmələri ilə vaxt udmağa çalışması, Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi kimi faktları diqqətə çatdırır.
Mətləb