“Nikol Paşinyana verilən arzuolunmaz suallara görə jurnalistlərə qarşı başladılan kampaniya, onlara qarşı təqib və şəxsi təhqirlər yolverilməzdir.” Bu barədə Ermənistan parlamentinin İnsan Hüquqları və sosial məsələlər üzrə Daimi Komissiyasının keçmiş sədri, parlamentin "şərəfim var" fraksiyasının deputatı Tağui Tovmasyan öz Facebook səhifəsində yazıb.
Erməni deputat öz paylaşımında yazır ki, jurnalistlərin hüquqlarının müdafiəsi ilə məşğul olan bir sıra beynəlxalq təşkilatlar artıq bu problemlə bağlı narahatlıqlarını ifadə ediblər: “Keçmiş jurnalist Nikol Paşinyan keçmişdə vəzifəli şəxslərə onları utandıran və alçaldıcı suallar verirdi və buna hazır olmalı idi ki, xüsusilə Vətənini təhvil vermək üçün davam edən hərəkətlərindən sonra ona yalnız arzuolunmaz suallar veriləcək", - deyə Tağui Tovmasyan qeyd edib.
Mətləb Salahov