Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan öz iqamətgahında ABŞ səfiri Kristina Kvinlə görüşüb.Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan panoram.az saytına bildirib ki, bir saatdan çox davam edən görüşdə əsasən Qarabağdakı proseslər müzakirə olunub. Digər erməni saytları isə iddia edirlər ki, L.T.Petrosyanın ABŞ səfiri ilə görüşü həm də Ermənistanın daxilindəki proseslərlə bağlı olub. Müxalifət saytları iddia edirlər ki, keçmiş prezident hazırkı iqtidar barədə bir çox neqativ məsələləri müzakirəyə çıxarıb. Erməni mediası son bir neçə ay ərzində ABŞ səfirliyinin L.T.Petrosyana "xüsusi diqqətinin" artdığını da qeyd edirlər.
Mətləb Salahov