Serbiyanın RTS nəşri Ermənistanın işğaldan azad olunmuş ərazilərimizdə törətdiyi mina terroru barədə yazır.. "Qarabağda müharibə qurtarsa da, təhlükə bitməyib. İşğaldan azad edilən ərazilərdə basdırılmış mina və partlayıcı qurğular onilliklər sonra da təhlükə yaratmağa davam edir".
Nəşrin məlumatına görə, Ağdam minalarla ən çox çirklənmiş rayon hesab olunur. RTS-in çəkiliş qrupu istehkamçılarla görüşüb, minatəmizləmə əməliyyatlarının gedişi ilə maraqlanıb.
"Bir vaxtlar Qarabağın ən böyük şəhəri olan Ağdamı həyata qaytarmaq üçün keçmiş cəbhə xəttində ilk olaraq istehkamçılar hərəkətə keçiblər. 2020-ci ilin noyabr ayından burada on minlərlə mina və partlayıcı qurğu tapılaraq məhv edilib. Bununla belə, işlər tamamlanmaqdan çox uzaqdır", - RTS qeyd edib.
Mətləb