İrəvanda mətbuat konfransı keçirən Ermənistanın Baş naziri Nikol Paşinyan media ilə söhbətində o ki var ürəyini açıb, Ermənistanın gerçək vəziyyətini rentgen kimi ortaya qoyub. Erməni Baş nazir üstəlik 44 günlük müharibədə Ermənistanın bir dövlət kimi yox olmaq təhlükəsinin bir addımlığında olduğunu ETİRAF edib. Nikol Varvaroviç hazırda Ermənistanı yeni müharibə çağırışları və radikal düşmənçiliyə sürükləyənlərin də iç-üzünü açıb, ölkəsinin hazırkı şəraitdə davamlı olaraq münaqişə və gərginliklərlə yaşaya bilməyəcəyini elan edib: "44 günlük müharibədən sonra dövlətimizi praktik olaraq möcüzəvi şəkildə xilas etdik İndi Ermənistanı daimi qarşıdurmada yaşamağa çağıranlar Ermənistanın varlığını, suverenliyini və müstəqilliyini şübhə altına alırlar. Mən buna əminəm " dedi.
Mətləb Salahov