Kiyevdə Azərbaycanın Ukraynaya yeni təyin olunmuş səfiri Seymur Mərdəliyevlə görüşündə Ali Radanın sədr müavini Olena Kondratyuk Azərbaycan Prezidentinin Ukraynaya dəstəyinə görə minnətdarlığını bəyan edib. Vitse spiker bu hadisə münasibətlərimizin strateji xarakterini bir daha ortaya qoyur:
“Azərbaycan Prezidenti İlham Əliyevə Ukrayna üçün elektrik avadanlıqları üçün 7,6 milyon dollar ayrılması Sərəncamına görə minnətdarıq. Bu, münasibətlərimizin strateji xarakterini bir daha vurğulayır. Həmçinin qarşıda gələn çətin qışa hazırlığı nəzərə alsaq, Ukraynanın enerji davamlılığına çox mühüm töhfədir.”
Vitse-spiker Ukrayna Parlamenti adından Azərbaycan dövlətinə Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyə, eləcə də daimi humanitar yardıma görə təşəkkür edib.
Mətləb