Şuşa Qlobal Media Forumunda iştirak edən Efiopiya Yayım Şirkətinin baş müxbiri Misiker Sinafik Aberaş mətbuata açıqlamasında forum barədə təəsüratlarını bölüşüb. "Şuşa Qlobal Media Forumunda biz medianın necə işlədiyi, jurnalistlərin necə işləyə biləcəyi və yeni media mədəniyyəti haqqında çox şey öyrəndik. Müxtəlif perspektivləri öyrənmək üçün burada iştirak etmək əla fürsətdir. Bu Forumdan çox şey əldə etdim. Şuşa gözəl şəhərdir. Bilirəm ki, Azərbaycan xalqı üçün Şuşa böyük məna daşıyır”, - deyə o diqqətə çatdırıb.
Mətləb