Ermənistanın Baş naziri Nikol Paşinyan yenə açıq şəkildə sözünə etibar ediləsi adam olmadığını açıq şəkildə ortaya qoyub. N.Paşinyan France-Press agentliyinə müsahibəsində bildirib ki, Azərbaycanla yeni müharibə hər iki ölkənin parlamentləri tərəfindən sülh müqaviləsi imzalanana və ratifikasiya olunana qədər çox güman ki, mümkündür. Sitat: "Sülh müqaviləsi imzalanana və hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya olunana qədər - əlbəttə ki, (Azərbaycanla) yeni müharibə çox ehtimal olunur."
Bundan başqa, Ermənistanın Baş naziri Azərbaycana qarşı əsası olmayan, heç bir fakta söykənməyən ittihamlar da irəli sürüb. Paşinyan həmçinin növbəti dəfə siyasi riyakarlıq nümyiş etdirərək elan edib ki, Rusiya və Qərb Laçın dəhlizinin bağlanmasının başa çatmasına kömək etmək üçün Bakıya daha çox təzyiq göstərməlidirlər.
Mətləb