Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Qlobal Forumunun yekunları ilə bağlı jurnalistlərə açıqlamasında bir sıra məsələlər barədə danışıb. Ə.İsmayılov qeyd edib ki, bu Forumun ilk günündə Prezident İlham Əliyevin iştirakı bizim üçün çox böyük əhəmiyyət daşıyırdı: “Doğma Şuşamızda Qlobal Media Forumu keçirilir. Forum iştirakçılar tərəfindən də böyük rəğbət və maraqla izlənildi. Üç saata yaxın vaxt ərzində 60-dan çox yerli jurnalistin, media subyekti rəhbərlərinin sualları cavablandırıldı. Azərbaycan Prezidenti çıxışında Azərbaycanda media sahəsində islahatların istiqamətlərini də müəyyən etmiş oldu.”
Onun sözlərinə görə, Şuşa Qlobal Media Forumunun əsas məqsədi müasir mediada gedən proseslərin daha dəqiq izlənilməsi, müzakirə olunması, fikir mübadilələrinin aparılması idi.
Əhməd İsmayılov bütün Forum iştirakçıları, Azərbaycanın mətbuat nümayəndələrinin rəhbərləri, media menecerləri adından Prezident İlham Əliyevə belə bir şərait yaratdığına görə dərin təşəkkürünü bildirib.
Mətləb