Bir sıra Dünya KİV-ləri kimi, Rumıniyanın aparıcı media orqanları da Şuşa şəhərində keçirilən Qlobal Media Forum barədə davamlı məqalələr, videolar yayıb.
Yazılan yazılarda cümə günündən bazar gününə kimi keçiriləcək tədbirlərdə kütləvi informasiya vasitələri və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə aktual mövzuların müzakirə olunduğu qeyd edilir. Bildirilir ki, Milli Mətbuat Günü münasibətilə tədbir Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilir. Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev cümə günü 50 ölkədən olan 120 media qurumunu təmsil edən 200-dən çox qonaq, o cümlədən AGERPRES-in baş direktoru Klaudiya Nikolae ilə də görüşüb. Dövlət başçısı çıxışında bildirib ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin müstəqilliyi cəmiyyətin inkişafı üçün ən mühüm şərtlərdən biridir.
Yazılarda qeyd olunub ki, kütləvi informasiya vasitələri sahəsində beynəlxalq forumun açılış mərasimindən sonra keçiriləcək sessiyalarda bir sıra mühüm mövzular müzakirə olunacaq. Qlobal Media Forum çərçivəsində bir sıra sərgilərin və təlimlərin keçirilməsi də planlaşdırılır.
Mətləb