“Media qanunvericiliyinin təkmilləşdirilməsinin, media islahatlarının əsas məqsədi bu sahədə inkişafa nail olmaqdır. Bu proses davamlı xarakter daşıyacaq.”
Bu fikirlər Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədliyə məxsusdur. N.Məmmədli “Media qlobal transformasiyalar dövründə: ənənələrdə varislik, jurnalistika prinsipləri və ictimai maraqlar” mövzusunda keçirilən konfransda çıxışı zamanı çox maraqlı məqamlara toxunub.
O bildirib ki, "Media haqqında" Qanunun və aparılan islahatların bu sahəyə gətirdiyi yeniliklərdən biri bütün media subyektlərinin biznes mühitinə keçidini sürətləndirmək idi. Bu islahatlarla Azərbaycan mətbuatında vergi tətilləri tətbiq edildi, media reyestri yaradıldı.
Mətləb