Mətbuat Şurasının sədri Rəşad Məcid "Media qlobal transformasiyalar dövründə: ənənələrdə varislik, jurnalistika prinsipləri və ictimai maraqlar" mövzusunda keçirilən konfransda maraqlı fikirlərlə çıxış edib. R.Məcid qeyd edib ki, müstəqillik dövründə Ulu Öndər Heydər Əliyev mətbuata, onun inkişafına böyük önəm verirdi. Bu önəmin ən bariz nümunəsi olaraq həmin dövrdə 100 ildən artıq mövcud olan senzuranın ləğv olunmasını, mətbuat üçün yeni şəraitin yaradılmasını göstərmək olar: “Ümummilli Liderin mətbuatla bağlı həyata keçirdiyi tədbirlər onun siyasi varisi Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Müasir dövrdə media sahəsində islahatların dərinləşməsi, Medianın İnkişafı Agentliyinin yaranması, "Media haqqında" yeni Qanunun qəbulu dövlətimizin başçısının bu sahəyə verdiyi qiymətin təzahürüdür.”- R.Məcid belə deyib.
Mətləb