Fransanın müstəmləkə siyasəti barədə etirazlar və gizli həqiqətlər getdikcə gün üzü görməkdədir. Bu barədə Qoşulmama Hərəkatında “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusunda keçirilən tədbirin iştirakçısı Klodet Düamel də danışıb. Xanım K.Düamel bildirib ki, “bizim ölkəmizdə nə baş verir? Fransa deyir ki, siz azadsınız, amma biz öz hakimiyyətimizi davam etdirəcəyik.” O qeyd edib: “Fransa bizə deyir ki, siz fransızsınız. Bunu deməklə Fransa şizofren olduğunu göstərir. Belə olduğuna görə də biz Afrika mənşəli insanlar öz gizli cəmiyyətimizi qurmuşuq”.
Mətləb