10/06/2023 09:04
728 x 90

"Azadlıq və Ədalət Yürüşü"-nün yeri və zamanı məlum oldu

img

"Vətənimiz Azərbaycanın və İrandakı bütün Türk boylarının hüquqlarını qorumaq, eyni zamanda beş aydan artıq başlamış ayaqlanmalar nəticəsində ortaya çıxmış siyasi durum, biz türklərin dayanışma və aktivləşmə zərurətini qaçılmaz etmişdir. Bu doğrultuda Avrupada yaşayan türklər olaraq meydanda olmağı və fəaliyyətlərin koordinasiya əsasında  davamlı olması üçün bir araya gələrək Avropada düzənli şəkildə yürüşlərin keçirməsinə  qərar verdik.

Elə həmin məqsədlə fəaliyyətə başlayan Koordinasiya Mərkəzi Brüsseldə aksiya keçirilməsi ilə bağlı Belçika dövlətinə müraciət edib və müsbət cavab almışdır. Cavabda deyilir ki, Belçika dövləti hər hansı bir aksiyaya qarşı çıxmaz və Koordinasiya Mərkəzi düzənli şəkildə programlarını davam etdirə bilər.

Bu məlumatlar əsasında bütün soydaşlarımıza 25 mart 2023-cü il tarixində,  saat 14:00-17:00 arasında Brüsseldə “Azadlıq və Ədalət Yürüşü"nün  keçiriləcəyi ilə bağlı çağırış edirik" .

Bu barədə baki-xeber.com-a “Azadlıq və Ədalət Yürüşünün Koordinasiya Mərkəzindən göndərilən məlumatda bildirilir.

Qeyd edilir ki, yürüşün başlanğıc yeri : “Place du Luxembourg”

Mitinqin yeri : “Place Schuman Parliament”-in önü olacaq.

 Media sahəsində geniş təbliğat, logistika məsələləri və maliyyə vəsaitinin təmini üçün hər kəsin iştirakı və dəstəyi önəmlidir.

"Bu gün gerçəkdən “Bir olma, İri olma və Diri olma!” zamanıdır" - deyə Koordinasiya Mərkəzinin sözçüləri Şərifə Cəfəri və Saleh Kamraninin adından göndərilən məlumatda deyilir.

Aksiyada "Azadlıq və Ədalət", Milli Hökumət! Vətənim Azərbaycan!

Sən çağırsan, gələrəm mən, sən yaşa Azərbaycan! şüarları səsləndiriləcək.

baki-xeber.com

Peşə etikası

Son xəbərlər