Türk Hava Yolları daxili və xarici sərnişin uçuşlarını uğurla bərpa etdikdən sonra onun keçən həftə Avropada ən çox uçuş icra edən şirkət olduğu bildirilib. Belə ki, 17 İyun 2020-ci il tarixinə Türk Hava Yollarının Eurocontrol bölgəsində 400 uçuşu olub, bu da 24 mart 2020 tarixindən sonra hava yolu şirkətinin ən yüksək göstəricisidir. Eurocontrol Türk Hava Yollarının bu müddət ərzində 359 uçuş icra etdiyini təsdiq edib.
14 İyun tarixində İstanbul Hava Limanında 3-cü müstəqil uçuş zolağının açılışı Türkiyə aviasiyasının gələcəyi üçün əlamətdar hadisə olduğundan, İstanbul Hava Limanında eyni anda 3 təyyarə havaya qalxıb. Türk Hava Yolları İdarə Heyyətinin və Administrativ Komitəsinin sədri İlker Aycı bildirib:“Biz ürəkdən inanırıq ki, dünya bu krizisə qalib gələndə, hava nəqliyyatı həmişəkindən daha da yaxşılaşacaq. Qitələr, insanlar və mədəniyyətlər arasında körpü quran qonaqpərvərliyimizlə sizləri Türk Hava Yolları təyyarə göyərtəsində qarşılamaqdan məmnunluq duyacağıq. Müştərilərə yanaşma tərzimizi yeni normal standartlara təmamilə uyğunlaşdırmışıq.” Fəaliyyətin yenidən başlaması ilə birlikdə, Türk Hava Yolları həmçinin yeni Təhlükəsiz Səyahət Tövsiyyələri və sərnişinlərin sağlamlığını qorumaq üçün 2 yeni təyyarəiçi xidmət elan edib. Türkiyə bayraq daşıyıcısı sərnişinlərinə elmi mənbələr əsas götürülərək hazırlanan və tərkibində üz üçün maska, dezinfeksiyaedici və antiseptik dəsmalın yer aldığı Gigiyena Dəstləri təqdim edir. Bununla yanaşı, uçuşlarda təyyarədə gigiyenanı təmin etmək və sərnişinlərin sağlam səyahəti üçün sosial məsafə qaydalarına əməl edilməsini təmin edən Gigiyena Experti təyyarə bələdçiləri olur.