Məşhur kardioloq Rəşad Mahmudov koronavirusa yoluxmuş əməkdar artist Bəhram Bağırzadənin sosial şəbəkələrdə yayılmış ölüm xəbərinə aydınlıq gətirib.
Baki-xeber.com-un xəbərinə görə, özünün facebook sosial şəbəkəsində paylaşdığı statusda B.Bağırzadənin guya vəfat etməsi barədə yayılan xəbərləri təkzib edən R.Mahmudov xəstənin 48 saatdan artıqdır EKMO cihazına qoşulduğunu, nəticədə ağ ciyərlərində, cüzi də olsa, irəliləyişin olduğunu bildirib.
Hələlik xəstəyə ağ ciyər transplantasiyası ilə bağlı bir planın olmadığını deyən həkim bildirib ki, xəstənin müalicəsi ilə əlaqədar ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın nəzarəti altında, eləcə də Dövlət Gömrük Hospitalının bütün tibbi personalının imkanları daxilində lazım olan bütün hər cür preparat və ən yüksək texnologiyalar sayəsində xəstənin durumuna ciddi nəzarət olunur.
Məşhur həkim belə bir dönəmdə medianı və sosial şəbəkə istifadəçilərini durumun həssaslığını nəzərə almağa, dəqiqləşdirilməmiş xəbər yaymamağa da çağırıb.
Doktor Rəşad Mahmudovun sözügedən açıqlamasını bu linkdən izləyə bilərsiniz:
https://m.facebook.com/story.php?story_fbid=169407737930187&id=110529727151322