12/07/2020 03:31
728 x 90

Hüseyn Altınalan Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik etdi

img

Azərbaycan xalqının həyatında yeni bir dövr və tarixi olay olan Azərbaycan Xalq Cumhuriyyətinin 102-ci quruluş ildönümünü ən səmimi diləklərimlə təbrik edirəm.

Baki-xeber.com-un xəbərinə görə, bu sözlər Türkiyə Səfirliyinin Mətbuat müşaviri Hüseyn bəy Altınalanın Azərbaycan xalqına ünvanladığı təbrikdəndir. Çox hörmətli müşavir daha sonra yazır:

“Şərqin ilk demokratik dövləti olaraq qəbul edilən və ilk olaraq Osmanlı Dövlətinin tanıdığı Azərbaycan Xalq Cumhuriyyətinin banisi  Məhəmməd Əmin Rəsulzadə və işğalçı ruslara qarşı azərbaycanlı qardaşları ilə çiyin-çiyinə mücadilə edən Qafqaz İslam Ordusunun komandiri Nuru Paşa başda olmaq üzrə bütün şəhidlərimizi rəhmət və minnətlə anır, Allahdan bu torpaqlar üzərində Azərbaycan bayrağının əbədi dalgalanmasını və bir daha bu ölkəni istiqlal mücadiləsi aparmaq zorunda qoymamasını diləyirik”.

“Bu bir gerçəkdir ki, Azərbaycanın istiqlalı Türkiyənin də istiqlalidir” – deyən H.Altınalan təbrikini böyük Rəsulzadənin məşhur misraları ilə bitirir:                

 “Sən bizimsən, bizimsən durduqca bədəndə can,

Yaşa, yaşa, çox yaşa, ey Şanlı Azərbaycan”

Son xəbərlər