27/05/2020 12:06
728 x 90

Bu da qardaş Türkiyə parlamentindəki erməni deputatın Ərdoğana açıq hücumu - ermənini parlamentə buraxanların bədnam “uğuru”...

img

Türkiyə parlamentinin erməni əsilli deputatı Karo Paylan bu dəfə lap "ağını çıxardı".

Bu sözləri özünün facebook səhifəsində “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi şəthçi Aydın Quliyev yazıb.

“İstanbulun Bakırköy məhəlləsindəki erməni kilsəsinin qapısını bir nəfərin guya yandırmaq cəhdi barədə DİN Süleyman Soylu cənablarına məktub göndərib bu erməni deputat...”- deyə fikirlərinə davam edən A.Quliyev daha sonra yazır:
-İrəvanda neçə məşhur məscidimizin yerlə yeksan edildiyi vaxtda İstanbulda erməni kilsəsinin qorunub saxlanması Paylan üçün sanki yetərli deyilmiş. Ermənistanda bircə nəfər türkün yaşamasına imkan verilmədiyi halda daşnak təfəkkürlü erməni, Türkiyə parlamentinə buraxılması az imiş kimi, üstəlik Cümhurbaşkanı Ərdoğanı açıq mətnlə ittiham da edir. Paylanın Soyluya 3 sualının ikisini sizlər də oxuyun:
1.Milli nifrət zəminində kilsəyə hücumun səbəblərindən biri Ərdoğanın çıxışları deyilmi?
2.Bu hücumların Türkiyə dövlətinin içində müəyyən qüvvələr tərəfindən idarə edildiyinin əksini sübut edə bilərsinizmi?
(Baxın, həm də burada hakimiyyət yox, Türkiyə dövləti ifadəsini işlədir)
Karo Paylan kimi daşnakı Böyük Millət Məclisinə buraxanda axırı elə bununla bitsə...

Baki-xeber.com

 

 

Son xəbərlər