27/05/2020 14:12
728 x 90

"Erməni quyruğu" deputat Karo Paylan qardaş Türkiyəyə meydan oxumaqdadır... Sanki öncədən görürdüm... - Aydın Quliyev yazır...

img

"Erməni quyruğu" deputat Karo Paylan qardaş Türkiyəyə və şəxsən cənab Ərdoğana meydan oxumaqdadır. Dəfələrlə düşmən niyyətlərlə İrəvana və hətta uydurma "DQR"-ə gedib-gəldiyi kifayət deyilmiş kimi, bir az da irəli gedir.

Bu sözləri özünün facebook səhifəsində “Bakı Xəbər” qəzetinin baş redaktoru, politoloq Aydın Quliyev yazıb. A.Quliyev daha sonra yazır:

-2013-cü ilin martından qardaş ölkənin daxili siyasətində əsasən ziyanlı rol oynamış bədnam "kürd açılımı" layihəsinin (bu layihənin bəyan edildiyi həmin gün Əskişəhərdə idim və xəbəri həqiqətən şok içində qarşıladım, "bu layihəni qardaş ölkəyə kim sırıdı "deyə soruşdum) açdığı imkanlar hesabına HDP-dən Böyük Millət Məclisinə deputat seçildi. Bu “ilan” əlavə olaraq böyük bir zəhər tuluğu ilə təmin edildi...Uydurma "erməni genosidinin"açıq və həyasız təbliğatçılarından biridir.. İndi Ərdoğanın özünə də zərbələr vurmağa başlayıb. Cumhurbaşqanı bu günlərdə deyib ki,"qılıncımızın altından səyirdib çıxan terrorçulara da aman verməyəcəyik"... -"Qılıncımızın altından səyirdib çıxanlar" ifadəsi işlətməyin, bu ifadə 1915-ci ildə qılıncınızın altından səyirdib çıxan erməniləri xatırladır"... Bu isə həmin "erməni quyruğunun" cənab Ərdoğana cavabıdır....

2013-cü ildə bu şeyləri sanki öncədən görürdüm...

Baki-xeber.com

 

Son xəbərlər