27/05/2020 13:47
728 x 90

COVİD-19 xəstələrinə ümid olacaq TR-C-19 preparatı könüllü xəstələr üzərində tətbiqə hazırdır...

img

Türkiyə Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Səhiyyə İnstitutları İdarəsinin dəstəyi ilə laboratoriyada aparılan araşdırma nəticəsində təcrid olunmuş COVİD-19 virusu zərərsizləşdirilib və preparat könüllü xəstələr üzərində tətbiq edilmək üçün hazır hala gətirilib.

Baki-xeber.com-un xəbərinə görə, Türkiyənin Səhiyyə Elmləri Universiteti ilə VSY Biotexnologiya və Dərman Sənayesi MMC-nin əməkdaşlığı ilə hazırlanan "TR-C 19" adlı preparat aktiv COVİD-19 xəstələri üçün bir ümid olub. Səhiyyə Elmləri Universitetinin rektoru professor Cevdet Erdöl könüllü xəstələr üzərində tətbiq etmək üçün hazırlanan preparatın qısa müddətdə sertifikatlaşdırılmasının planlaşdırıldığını bildirib.

Cevdet Erdöl COVİD-19 epidemiyasına nəzarəti təmin etmək və əhaliyə təqdim etmək üçün səfərbərlik şüuru ilə elmi-tədqiqat fəaliyyətlərini də sürətləndirdiklərini bildirib və preparatın hazırlanmasındakı mərhələni belə izah edib:

“Bu çərçivədə apardığımız araşdırmaların nəticəsi olaraq Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən TÜSEB-in də dəstəklədiyi 'TR-C 19' adı ilə istehsal etdiyimiz preparatın elmi-tədqiqat fəaliyyətləri nəticəsində ilk olaraq laboratoriyada təcrid edilmiş COVİD-19 virusunun zərərsizləşdirildiyini və könüllü, aktiv COVİD-19 xəstələri üzərində tətbiq edilməyə hazır olduğunu bildirmək istəyirəm. Bununla əlaqədar lazımi icazələri gözləyirik. Qısa müddətdə “TR-C 19” preparatının sertifikatlaşdırılmasını planlaşdırırıq. Bu münasibətlə Səhiyyə Elmləri Universitetinin fədakar əməkdaşlarına, VSY Biotexnologiya və Dərman Sənayesi MMC-yə, TÜSEB-ə, Səhiyyə Nazirliyinin Xalq Sağlığı Baş İdarəsinə, Antimikrop Elmi-Tədqiqat və Biosidal Analiz Mərkəzinə və əməyi keçən hər kəsə təşəkkür edirəm”.

VSY Biotexnologiya və Dərman Sənayesi MMC-nin idarə heyətinin sədri Ercan Varlıbaş isə Türkiyənin COVİD-19 epidemiyası zamanı yaşadığı çətin günlərdən azad olunması istiqamətində bütün imkanlarını səfərbər etdiklərini ifadə edərək, “VSY Biotexnologiya olaraq, elmi-tədqiqat və innovasiya gücümüz ilə dünyada ilkləri istehsal edərək yenilikçi quruluşumuzla bir çox qabaqcıl elmi-tədqiqat layihələrini həyata keçirdik. Dünyanın dörd bir tərəfində ölkəmizi uğurlu layihələrimizlə təmsil etməkdən çox məmnunuq. Bu gün dünyada sağlamlığı təhdid edən koronavirus xəstəliyinə qarşı apardığımız “TR-C 19” preparatı araşdırması bu layihələrin ən əhəmiyyətlilərindən biridir. Türkiyənin bütün qurumları ilə birlikdə həmrəylik içində bu çətin günlərin öhdəsindən gələcəyimizə əminik”, - deyə bildirib.

Baki-xeber.com

 

 

Son xəbərlər