Çağdaş Azərbaycan mətbuatında öz dəsti-xətti, sanbalı ilə seçilən, böyük məktəb rolu oynayan “Olaylar” qəzetinin 25 yaşı tamam olur.
Bu münasibətlə “Bakı-Xəbər” qəzetinin baş redaktoru, tanınmış ictimai-siyasi xadim Aydın Quliyev “Olaylar” qəzetinin baş redaktoru, tanınmış yazıçı-dramaturq, tədqiqatçı Yunus Oğuzu və nəşrin kollektivini təbrik edib. Təbrikdə deyilir:
"Olaylar"media qrupunun "ailə basçısı"sayılan "Olaylar"qəzetinin 25 yaşı münasibətilə Qrupun bütün "can qoyanlarını", yetişdirmələrini, təəssübkeşlərini, izləyicilərini və əziz dostum, qardaşım, tanınmış yazıçı, publisist, ictimai-siyasi xadim Yunus bəyi (Oğuz) ürəkdən təbrik edirəm, daha bir 25 ilin uğurlu yolçuluğunda qürur duya biləcəyimiz nəticələr arzulayıram. (25+25+)... Yunus Oğuz əbədi davam edəcək müstəqil Azərbaycan dövlətçiliyi dövrünün və müstəqillik uğrunda mübarizə tariximizin bir parçasıdır -yaxın çevrəsinə, dostlarına və millətinə qürur gətirən parçasıdır. İstiqlaliyyət mübarizəmizin bir parçası da elə "Olaylar"ın özüdür. Bu qəzet bir mətbuat orqanı kimi özünü çox çətin yaratmaq prosesinin içində həm də xalq azadlıq hərəkatının tarixinin müxtəlif səhifələrini yazdı. Yunus Oğuz "Olaylar"ı yaratdı,"Olaylar" isə müstəqillik tariximizi və bugünkü salnaməmizi yazdı və yazmaqdadır. Quran və qurduqlarını yaşada bilən lider olduğunu "Olaylar"ın timsalında bir daha sübut etdi Yunus bəy... Bütün "Bakı-xəbər" ailəsinin adından bir daha təbrik edirəm...”
Baki-xeber.com