19/08/2019 17:14
728 x 90

Pakistandan Hindistana müharibə xəbərdarlığı… İmran Xan söz verdi – “Sonuna qədər savaşacağıq”

img

Pakistanın Baş naziri İmran Xan Kəşmirdə Hindistan hər hansı bir hücumuna cavab verəcəklərinə dair söz verib.

Baki-xeber.com xəbər verir ki, Kəşmirin Pakistanın nəzarətində olan hissəsinin paytaxtı Muzafferabadda çıxış edən İmran Xan, Hindistanı Kəşmirdəki hər hansı bir hücuma qarşılıq verməklə təhdid edib.

"Pakistan ordusu, Hindistanın Kəşmirin Pakistan tərəfindən idarə olunan hissəsində bir şeylər planlaşdırdığı barədə tutarlı məlumatlara malikdir… Hindistan hər hansı bir pozuntulara yol verərsə, sonuna qədər savaşacağımıza qərar verdik” - İmran Xan deyib.

Hindistan, yarım əsrdən çoxdur Cammu Kəşmirə imtiyazlar verən, konstitusiya maddəsini ləğv edərək, bölgənin xüsusi statusunu aradan qaldırıb.

Son xəbərlər