22/08/2019 07:37
728 x 90

Qırğızıstanda eks-prezidentin iqamətgahına hücum edildi, bölgədə atışma səsləri eşidildi, Atambayevin həbsi xəbəri yayıldı - VİDEO / YENİLƏNDİ

img

Qırğız Respublikasının hüquq-mühafizə orqanları keçmiş prezident Almazbek Atambayevi tutmaq üçün əməliyyat keçirib. Təhlükəsizlik qüvvələri Atambayevin evinə basqın edib. Ərazidə atışma səsləri də eşidilib. Baki-xeber.com xəbər verir ki, Atambayevin həbs edildiyi barədə ziddiyyətli xəbərlər yayılıb.

Almazbek Atambayev president kimi səlahiyyət müddəti başa çatdıqdan sonra, iyunun 20-də Qırğızıstan parlamentindəki səsvermə ilə toxunulmazlığı ləğv edilib. Mütəşəkkil cinayətkar dəstəyə rəhbərlik və korrupsiya ittihamları ilə toxunulmazlığı qaldırılan Atambayev, prokurorluğun çağırışına baxmayaraq, ifadə verməkdən imtina edib. Polis, ifadə verməkdən imtina edən Atambayevin, paytaxt Bişkekdən 12 kilometr aralıda Koy-Taş kəndindəki evinə basqın edib. Atambayevin evi və ətrafındakı yollar təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə götürülüb, ancaq keçmiş prezidentin tərəfdarları polisə müqavimət göstəriblər.

Əməliyyat zamanı qarşıdurmalar yaranıb, polis Atambayevin tərəfdarlarına qarşı plastik güllələrdən istifadə edib. Toqquşma nəticəsində çox sayda adam həbs edilib, 10 nəfər isə yaralanıb. Yaralılardan 2-nin xəstəxanaya aparıldığı bildirilir. Atambayevin özü isə xüsusi təyinatlılar tərəfindən evində tutularaq naməlum istiqamətə aparılıb.

Qırğızıstanın sabiq prezidenti Atambayevin həbs xəbərlərini parlamentin deputatı İrina Karamuşkina yalan adlandırıb. Sputnik Qırğızıstan xəbər verir ki, deputatın açıqlaması Facebook-da yayılıb.

“Bütün dövlət telekanalları məlumat yayır ki, Atambayevi həbs edib Koy-Taşdan aparıblar. Atambayev buradadır və müdafiə olunur", - millət vəkili deyib.

Qırğızıstanda yaşanan hadisələrlə bağlı Moskvadan da açıqlama gəlib. Kremldən gələn rəsmi açıqlamada "Qırğızıstandakı hadisələri yaxından izləyirik" deyə bildirilir.

Son xəbərlər