Böyük Britaniya Sənaye Konfederasiyası (CBI) ölkənin 31 oktyabrda razılaşma olmadan Avropa Birliyini tərk etməyə hazır olmadığını bəyan edib.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə CBI-nin "Razılaşmasız ayrılıqla bağlı hazırlıqlar" başlıqlı hesabatında deyilir.
Hesabatda, Britaniyada bu günə qədər ola biləcək razılaşmasız hazırlıqların müsbət qarşılanmasına baxmayaraq, ölkənin AB-dən razılaşmasız ayrılmağa hələ tam hazır olmadığı qeyd edilir.
Ölkədəki böyük şirkətlərin ciddi problemlərlə qarşılaşa biləcəyi deyilən hesabatında qeyd olunur ki, iri maliyyə şirkətləri mümkün razılaşmasız ayrılıq üçün fövqəladə planlar hazırlayırlar, kiçik şirkətlərin isə bu ssenariyə hazırlıqları çox aşağı səviyyədədir.
BBC-yə açıqlama verən CBI-nin nümayəndəsi Coş Xardinin fikrincə, iqtisadiyyatı idarə etmək üçün Britaniyanın AB ilə anlaşması vacibdir: “Əgər fırtınanın gəldiyini görsəniz qapınıza qum torbası yığacaqsız. Ancaq bu, fırtınanın gətirdiyi seli dayandıra biləcəyiniz demək deyil. Böyük ehtimalla mətbəxi itirəcəksiniz, ancaq yataq otağını xilas edə bilərsiniz”.