Cənubi Kipr Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Storgos Andreas Pentaras son vaxtlar daha da güclənən Türkiyə-Rusiya əməkdaşlığı ilə bağlı inanılmaz iddia ilə çıxış edib.
Baki-xeber.com qardaş ölkə mediasına istinadən xəbər verir ki, Pentaras, Türkiyənin Akkuyu nüvə stansiyasında nüvə silah istehsal etməyi planladığını iddia edib.
Pentaras, Akkuyu nüvə stansiyası layihəsində Türkiyə-Rusiya əməkdaşlığının pərdə arxasında nüvə silah istehsal etmək olduğunu deyib.
"Türkiyə və Rusiya arasındakı Akkuyu nüvə stansiyası razılaşması, Türkiyənin uran istehsal edən 4 ədəd reaktorun tikintisini təmin edəcək. Bu vəziyyətin isə nüvə enerji istehsalı ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Bu 4 reaktor, nüvə silah və bomba istehsalı üçün istifadə ediləcək” – Pentaras deyib.