İsrail və Amerika hərbçilərinin ABŞ-ın Alyaska yarımadasında Yer atmosferindən kənardakı hədəfləri vuran “Arrow" raketlərdən müdafiə kompleksini sınaqdan keçirib.
Baki-xeber.com xəbər verir ki, İsrail Müdafiə Nazirliyi “Arrow 3" sisteminin uğurla sınaqdan keçirildiyini açıqlayıb.
İsrailin baş naziri Binyamin Netanyahu hökumət islasında sınalarla bağlı açıqlama verib. Baş nazir sınaqların uğurunun bütün təsəvvür edilə biləcək gözləntiləri üstələdiyini bildirib.
“Arrow 3" misli görünməmiş yüksəkliklərdə və sürətlə atmosferdən kənarda ballistik raketləri vurdu" - Netanyahu deyib.
Netanyahu qeyd edib ki, bu gün İsrail İrandan, yaxud başqa bir yerdən atılan ballistik raketlərə qarşı hərəkət etmək qabiliyyətinə malikdir: "Bütün düşmənlərimiz həm müdafiədə, həm də hücumda ən yaxşısını edə biləcəyimizi bilməlidirlər".
Sınaqlar son bir neçə həftə ərzində aparılıb və 3 gizli mərhələdən ibarət olub. Sınaqlarda həmçinin ABŞ-ın AN-TPY 2 radarından istifadə olunub ki, bu da hərbçilərin fikrincə, müttəfiqlərin silahlanma sistemlərinin qarşılıqlı əvəzlənə bilməsini sübut edir.
Qısa, orta və uzunmənzilli hücumların qarşısını almaq üçün hazırlanmış “Arrow 3" sistemi İsrailin raketdən müdafiə şəbəkəsinin ən yüksək səviyyəsi kimi dəyərləndirilir.
ABŞ-ın Müdafiə Nazirliyi sınağı "əsas təməl daşı" kimi qiymətləndirib. “Arrow 3” uzunmənzilli raketlərə qarşı ən mükəmməl sistemdir. İlk dəfə ABŞ-ın Boeing şirkəti tərəfindən istehsal edilən bu sistem 2017-ci ildə təsis edilmişdi.