İŞİD ilə PKK terror təşkilatının Suriya qanadı olan PHD arasında gedən döyüşlərdə atılan 3 mərmi Türkiyə ərazisinə düşüb. ANS PRESS-in məlumatına Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından verilən açıqlamada bildirilir ki, buna cavab olaraq Suriya istiamətinə 6 mərmi atılıb.
İŞİD ilə PYD / PKK ünsürləri arasındakı qarşıdurmalar əsnasında Türkiyə tərəfinə saat 15.33 ilə 16.05 arasında Suriya tərəfindən 3 ədəd top mərmisi düşüb. Quru qüvvələrin 3-cü sərhəd alayı (Şanlıurfa) sorumlu olduğu boş bir bölgəyə düşən mərmilər nəticəsində hər hansı bir itki olmayıb.
Dərhal Suriya tərəfindən açılan atəşin koordinatları istiamətində 6 ədəd mərmi atılıb.