Rublun dəyərdən düşməsi dövlət tərəfindən maliyyələşdirilən futbol klublarına öz təsirini göstərəcək. Belə bir xəbərdarlıqla Moskvanın "Spartak" klubunun sahibi Leonid Fedun çıxış edib.
Onun qiymətləndirməsinə görə, 5 komandanın maliyyə problemləri başlayacaq. "Məsələ ondadır ki, əvvəl məbləğlər bir cür fiksə olunubsa, indi o məbləğdən qat-qat çox ödəmək lazım gələcək. Rusiyanın futbol komandaları üçün olduqca ağır maliyyə dövrü başlayır", - deyə o qeyd edib.
"Yadınızdadırsa, bütün futbolçularla müqavilə avro ilə bağlanıb. Avro isə rubla münasibətdə 50 faiz bahalaşıb. Bizim kimi klublar üçün bu, çox xoşagəlməzdir. Yəni xərclər artıb, gəlirlər isə əvvəlki kimi qalıb" - deyə klubun sahibi bildirib.