M.Çavuşoğlu vurğulayıb ki, Ankara Azərbaycana qarşı ikili standartların tətbiq edilməsinə qarşıdır: "Türkiyə Azərbaycanı bütün fəaliyyət istiqamətlərində dəstəkləyir".
Türkiyə XİN rəhbəri həmçinin Ermənistanı Azərbaycanın zəbt edilən ərazilərini azad etməyə çağırıb: "Ermənistan-Türkiyə əlaqələrinin normallaşması yalnız zəbt edilmiş Azərbaycan ərazilərinin azad edilməsindən sonra mümkündür”.