şənbə günü, 28 noyabr 2026
     

Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilk Avropa Oyunları ilə bağlı gördüyü işləri açıqladı

Image


Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Hüseyn Salamov avtomobil nəqliyyatının I Avropa Oyunlarına hazırlıqlarından danışıb. H.Salamov Trend-ə bildirib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəsna xidmətləri və uzaqgörən siyasəti sayəsində respublikada müstəqil dövlət quruculuğu və ölkənin sosial-iqtisadi inkişafı yolunda geniş miqyaslı işlər görülüb, yüksək nailiyyətlər əldə edilib.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında özünün sürətli inkişaf dövrünü yaşayan və yeni bir mərhələyə qədəm qoyan Respublikanın dinamik inkişaf edən iqtisadiyyatının bütün sahələrində, o cümlədən nəqliyyat sektorunda möhtəşəm, bir çox hallarda regionda ilk dəfə tətbiq edilən, ən yeni texnologiyalara əsaslanan nəhəng layihələr həyata keçirilir: "Azərbaycan Respublikanın sosial-iqtisadi inkişafında mühüm əhəmiyyət kəsb edən nəqliyyat sisteminin son illər ərzindəki fəaliyyəti bütövlükdə nəqliyyat sektorunun təkmilləşdirilməsinə, əhalinin və iqtisadiyyatın daşımalara olan tələbatının tam ödənilməsinə, həyata keçirilən islahatların bu sahənin işinin daha da səmərəli təşkilinə yönələrək Nəqliyyat Nazirliyinin daim diqqət mərkəzində olub, nəqliyyatın cari fəaliyyəti və xüsusən də qəbul olunmuş Dövlət Proqramları ilə müəyyən edilən tədbirlərin dəqiq icrası istiqamətində məqsədyönlü işlər həyata keçirilib”.

H.Salamov bildirib ki, 2003-cü ildən başlayaraq nəqliyyat sistemində köklü islahatlar, sürtəli inkişaf və yüksəliş dövrü başlanılıb: "Ölkədə müasir nəqliyyat sisteminin formalaşdırılması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, daşımaların asanlaşdırılması, təhlükəsizliyin təmin edilməsi, bütövlükdə nəqliyyat xidmətinə olan tələbatın keyfiyyətlə ödənilməsi və xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə nəqliyyat-yol kompleksində icra olunan layihələr sürətlə davam etdirilib”.

Onun sözlərinə görə, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin də bu sahədə xüsusi fəaliyyəti var.

H.Salamov bildirib ki, Xidmət avtomobil nəqliyyatı sahəsində dövlət siyasətinin işlənib hazırlanmasında və bu sahədə normativ hüquqi tənzimləmənin həyata keçirilməsində iştirak edir, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının inkişafı sahəsində tədbirlər görür, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı subyektləri tərəfindən beynəlxalq norma və qaydalara, həmçinin Azərbaycan Respublikasının normativ hüquqi aktlarına riayət olunmasına nəzarət edir, avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının təşkilini və bu sahədə dövlət sifarişinin formalaşdırılmasını təmin edir, avtomobil nəqliyyatı ilə daşımaların vahid norma və qaydalar əsasında təhlükəsiz yerinə yetirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş qaydada tədbirlər görür, qanunvericilikdə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir: "Son illər avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımalarının təhlükəsizliyi, daşımaların ekoloji norma və tələbləri təmin edən yeni texnologiyalar əsasında təşkili və xidmət səviyyəsinin yüksəldilməsi, avtomobil nəqliyyatı infrastrukturunun yeniləşdirilməsi istiqamətində işlər aparılıb, taksi minik avtomobilləri ilə sərnişin daşımaları xidmətinin səviyyəsinin yaxşılaşdırılması istiqamətində də görülən işlər davam etdirilib. Azərbaycanda taksi minik avtomobilləri ilə sərnişin daşımalarının inkişaf etdirilməsi və müasir tələblər səviyyəsində tənzimlənməsi, taksi daşımalarının keyfiyyətinin və təhlükəsizliyinin yüksəldilməsi, bu sahədə effektiv iqtisadi şəraitin yaradılmasını təmin etmək məqsədilə Bakı şəhərində əhalinin avtomobil nəqliyyatı ilə daşımalara olan ehtiyacının təmin olunmasının təşkili, şəhərdaxili, şəhərətrafı avtobus sərnişin daşımalarının tənzimlənməsi, daşıma xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, avtobus, taksi və yük daşımaları xidmətlərini göstərən hüquqi və fiziki şəxslərlə qanunvericilkdə müəyyən olunmuş qaydada hüquqi münasibətlərin tənzimlənməsi üzrə nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi istiqamətində Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən müvafiq işlər görülüb”.

H.Salamov bildirib ki, məlum olduğu kimi, 49 Milli Olimpiya Komitəsinin iştirak etdiyi Avropa Olimpiya Komitələrinin 41-ci Baş Assambleyasında 2015-ci ildə ilk Avropa Oyunlarını keçirmək hüququ Azərbaycanın paytaxtı Bakı şəhərinə verilib: "Bu tarixi qərarın qəbul edilməsində, əlbəttə ki, ölkənin beynəlxalq nüfuzu həlledici rol oynayıb. Son illər ərzində Azərbaycan dünya miqyasında özünü dinamik inkişaf edən müasir güclü ölkə kimi təqdim edə bilib və bu gün dünya miqyasında çox etibarlı tərəfdaş və etibarlı dost kimi tanınır. I Avropa Oyunlarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar Nəqliyyat Nazirliyinin üzərinə olduqca böyük məsuliyyət düşür. İstər Oyunlara hazırlıq prosesində, istərsə də Oyunlar zamanı Nəqliyyat Nazirliyi bilavasitə Bakı ilk Avropa Oyunlarının Əməliyyat Komitəsi ilə birgə fəaliyyət göstərib və nəqliyyat-yol kompleksi üzrə öhdəsinə düşən işlərin tələb olunan səviyyədə, yüksək keyfiyyətlə yerinə yetirilməsinə çalışıb. Oyunların keçirilməsinə hazırlıq dövründə və keçirilmə müddətində Nəqliyyat Nazirliyi üzrə müəyyən edilmiş "Tədbirlər Planı”ndan irəli gələn vəzifə və funksiyaların həyata keçirilməsi istiqamətində nəqliyyat naziri Ziya Məmmədovun rəhbərliyi altında nazirliyin struktur bölmələri və tabeli qurumları tərəfindən zəruri tədbirlər həyata keçirilib".

H.Salamov vurğulayıb ki, avtomobil yolları, avtomobil nəqliyyatı, hava və dəmir yolları, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ilə bağlı iri miqyasda işlər görülüb: "Nəqliyyat parkı yenilənib, paytaxta yeni avtobuslar, taksi maşınları gətirilib, yeni yol qovşaqları istifadəyə verilib. Bir sözlə, Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar nəqliyyatın ahəngdar fəaliyyətinin, daşımaların təhlükəsizliyinin təmin edilməsinin və digər təşkilati məsələlərin əlaqələndirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilib. Bakı-2015 ilk Avropa Oyunlarının iştirakçılarına və qonaqlarına daşıma xidmətləri göstərən avtomobil sürücülərinin Nəqliyyat Nazirliyi tərəfindən hazırlanması da məhz görülmüş işlərin bir hissəsidir”.

H.Salamov vurğulayıb ki, ilk Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar olaraq 1509 avtobus və 1917 taksi sürücüsü barədə özündə əks etdirən siyahı və bunun əsasında hazırlanmış məlumat elektron və çap variantında hazırlanaraq Nəqliyyat Nazirliyinə və Avropa Oyunlarının Əməliyyat Komitəsinin Nəqliyyat Departamentinə təqdim olunub:

"Sürücülər barədə toplanılmış məlumatlar, aidiyyəti üzrə yoxlamaq üçün müvafiq orqanlara təqdim edilib. Avtobus və taksi sürücüləri üçün təlimlərin 1-ci mərhələsi Olimpiya şəhərciyində keçirilib. Avtobus sürücüləri üçün təlimlərin 1-ci nəzəri mərhələsi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Tədris-Kurs Kombinatının mütəxəssisləri tərəfindən 2015-ci il yanvarın 14-dən 28-dək, taksi sürücüləri üçün təlimlərin 1-ci nəzəri mərhələsi isə fevralın 5-dən 23-dək keçirilib. Təlimlərin 1-ci mərhələsini 851 avtobus və 1393 taksi sürücüsü müvəffəqiyyətlə başa vurub”.

H.Salamovun sözlərinə görə, təlimlərin 2-ci praktiki sürücülük mərhələsi "Bakı Bus” şirkətinin sürücülük təlim mərkəzində keçirilib.

O bildirib ki, avtobus sürücüləri üçün təlimlərin 2-ci mərhələsi martın 27-dən aprelin 14-dək keçirilibr və göstərilən mərhələni 804 sürücü başa vuraraq müvafiq sənədlər alıblar:

"Taksi sürücüləri üçün təlimlərin 2-ci mərhələsi isə 2015-ci il martın 27-dən aprelin 26-dək keçirilib və göstərilən mərhələni keçən sürücülərin sayı 1258 nəfərdir. Hazırda Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin "Bakı Sərnişin və Yük Daşımalarının təşkili” MMC tərəfindən 810 avtobus sürücüsü ilə müqavilə bağlanmış və onlara plastik maaş kartları hazırlanıb. Müqavilə imzalanmış taksi sürücülərinin sayı 1258-dir və bağlanan müqavilələrə uyğun plastik maaş kartları sifariş edilib, onlardan 1133 alınaraq sürücülərə paylanmasına baş”anılıb".

H.Salamov vurğulayıb ki, ölkəmizdə keçiriləcək bu mötəbər yarışların yüksək səviyyədə keçirilməsi, o cümlədən Oyunlar zamanı nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir və Dövlət Avtomobil Nəqliyyatı Xidməti bu istiqamətdə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır:

"Bu, Avropanın idman hərəkatının tarixində yeni bir dövrün başlanmasıdır və Azərbaycan bu tarixin ilk səhifələrini yazan ölkədir”. Bu sözlərin müəllifi olan ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın I xanımı Mehriban xanım Əliyevanın birbaşa rəhbərliyi altında bu Oyunların keçirilməsinə hazırlıq prosesində müvafiq qurumların hamısı qarşıya qoyulan vəzifələri yüksək səviyyədə həyata keçirməyə çalışıb. Görülən irimiqyaslı işlərin həcminə əsaslanaraq deyə bilərik ki, Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi etmək üzrə birinci olmaq vəzifəsini layiqincə yerinə yetirərək oyunları yüksək səviyyədə keçirəcək və Bakıda keçiriləcək I Avropa Oyunları ölkəmizin tarixində Azərbaycanın və azərbaycanlıların növbəti qələbəsi kimi qalacaq”.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ