şənbə günü, 14 noyabr 2026
     

Qurban bayramının bitməyən problemləri - antisanitariya, bu yandan da gün dəyişikliyi...

Image


Bütün islam aləmində qeyd edilən və Azərbaycanda da dini bayram kimi hər zaman keçirilən Qurban bayramı öz məna və məzmunu, daşıdığı ideya ilə birlik, bərabərlik, yardımlaşma törəni kimi yadda qalır.

Ancaq təəssüflər olsun ki, Ramazan bayramında yaşanan bəzi neqativ çalarlar Qurban bayramında da özünü göstərdi. Ramazan bayramında əsas problemlərdən biri bayram namazının fərqli günlərdə qılınması oldu. Düzdür, Qurban bayramında bayram namazı bütün məscidlərdə təyin edilən tarixdə qılınsa da, qurban kəsmə mərasimi fərqli günə təsadüf etdi. Bəziləri avqustun 10-da, bəziləri 11-də, insanların xeyli hissəsi isə avqustun 13-də və 14-də qurban kəsdilər. Bu fərqlilik də heç şübhəsiz ki, təsadüfdən qaynaqlanmır, burada müəyyən təmayüllərin təsiri var. İnsanlar meyl göstərdikləri təriqətlərə, o təriqətlərin imamlarına istinad edərək qurbanı fərqli günlərdə kəsdilər. Halbuki, ölkəmizdə Qurban bayramı rəsmən avqustun 12-si və 13-ü idi və bayram namazı da avqustun 12-də qılınıb, qurban kəsmə mərasimi də həmin günə təsadüf etməli idi.

Qurban bayramında yaşanan xoşagəlməz olaylardan biri də qurbanlıq erkək toğluların, qoyunların gəlin kimi bəzədilməsi idi ki, bu “dəb” də son iki-üç ildir cəmiyyətimizdə epidemiya kimi yayılıb.

Məlum olduğu kimi, başında gəlinlik fatası, ayağında tüldən ayaqqabı, buynuzundan isə al qırmızı lent sallanan qoyunlar kifayət qədər idi. Qeyd etdiyimiz kimi, Qurban bayramı ərəfəsində bu tip görüntülərin az qala ənənə halı alması dinşünaslar tərəfindən də normal qarşılanmır. Bayram ərəfəsində qurbanlıq qoçların gəlin kimi bəzədilməsi anormal hal kimi qəbul edilir. Yəni din xadimlərinin bu məsələyə münasibəti birmənalıdır, onlar qurbanlıq qoyunların bəzədilməsini məqbul hesab etmir.

Xüsusilə qurbanlıq heyvanın bu cür bəzədilməsini nişanlı oğlan tərəfi edir. Qız qapısına qurbanlıq heyvan apararkən onu bu şəkildə bəzəyirlər. Kimisi isə heyvanı alan kimi başına xına qoyıb, qırmızı paltara bürüyür. Dizaynerlərin sözlərinə görə, bayram günlərində quzu bəzədilməsi ilə bağlı sifarişləri çoxalıb.

Qurban bayramında heyvanlar Allah yolunda kəsilir və bu, dini mahiyyət kəsb edir, bir ibadətdir. Qurbanlıq heyvanın nişanlı cütlüklər arasında qız evinə aparılması onu həqiqi mahiyyətindən uzaqlaşdırır.

Bundan başqa, bəzi rayonlarda, əsasən də yolkənarı yerlərdə qurbanlıq heyvanların kəsimində qətiyyən sanitariya qaydalarına əməl edilmirdi. Uşaqların gözləri qarşısında qurbanlıq heyvanların kəsilməsi isə daha dəhşətli idi. 

  • İsmayıl Əhməd: “Heyvanların xüsusilə bəzədilməsinin, onların gəlin kimi geyindirilib süslənməsinin islam dini ilə heç bir əlaqəsi yoxdur”

Tanınmış ilahiyyatçı İsmayıl Əhməd “Bakı-Xəbər”ə bildirdi ki, bu əziz bayramda belə hallara yol verilməsi düzgün deyil. “Qurban bayramının müsəlman ölkələrində fərqli gündə qeyd edilməsi, bayram namazının fərqli gündə qılınması və qurbanların ayrı-ayrı günlərdə kəsilməsi düzgün deyil. Qurban bayramı günü Qəməri təqvimi ilə zilhiccə ayının 10-cu günüdür. Bu da ayın 11 idi. Yəni avqustun 11-də Məkkədə müsəlmanlar bayram namazı qılıb qurbanlarını kəsdilər. Həccin vacib ayinlərindən biri yerinə yetirildi. Amma bir sıra ölkələrdə, o cümlədən də İran, Azərbaycan və İraqda bayram avqustun 12-də qeyd edildi. Qurban bayramı Məkkədə hansı gündə qeyd edilirdisə, bütün müsəlman aləmində də həmin gün olmalı idi”.

Bayramlıq qoyun və qoçların gəlin kimi bəzədilməsinə gəlincə, İ.Əhməd bunun da yolverilməz olduğunu qeyd etdi. Bu halın səviyyəsiz bir hərəkət olduğunu deyən İ.Əhmədin sözlərinə görə, bu neqativ hal Azərbaycanda və Pakistanda yaşanır. “Heyvanların xüsusilə bəzədilməsinin, onların gəlin kimi geyindirilib süslənməsinin islam dini ilə heç bir əlaqəsi yoxdur. Bu, insanların bayrama olan baxışlarının son dərəcə səviyyəsiz və gülünc olmasının təzahürüdür. Bu insanlar üçün artıq bayram da qazanc vasitəsidir, eyni zamanda da onlar bu bayramdan özlərini göstərmə və əyləncə kimi istifadə edirlər. Əslində, Qurban bayramı paylaşmaq bayramıdır. Yəni ehtiyacı olanlara qurbanlıq heyvanların ətindən ehsan etmək törənidir. Çox təəssüf ki, bizdə bu ənənə böyük əksəriyyətin həyatında tam başqa məqsəd daşıyır. Bu, insanların “mədəniyyət”indən irəli gəlir, bunun dinlə heç bir əlaqəsi yoxdur. Dindarlar vaxt tapsalar, bu sahədə təbliğat aparsınlar, insanları bununla bağlı maarifləndirsinlər. Əgər edə bilirlərsə, bunu etsinlər. Dindən danışmağa söz də var, mövzu da. Əsas odur ki, bu insanları xurafatdan çıxarsınlar. Bunun üçün çalışmaq və bunu istəmək lazımdır” - deyə İ.Əhməd vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ