İranla ABŞ arasında bir müddətdir dayandırılan diplomatik əlaqələrin bərpa oluna biləcəyi irəli sürülüb.
Səudiyyə Ərəbistanı mərkəzli “Al Arabiya” televiziyasının diplomatik mənbələrə istinadən məlumatına görə, hər iki ölkənin nümayəndə heyətləri iyulun 11-də Pakistanda görüşəcəklər.
Məlumatda bildirilir ki, danışıqlarda İrana qarşı sanksiyaların ləğvi, dondurulmuş İran aktivlərinin azad edilməsi və nüvə proqramı ilə bağlı sənədlərin müzakirəsi gözlənilir.
Bundan əvvəl İran nümayəndə heyətinin tərkibinin 9 iyulda başa çatacağı deyilən dəfn mərasimlərindən sonra bəlli olacağı iddia edilirdi.
Tahir TAĞIYEV