4 iyulda Vaşinqtonda keçirilməsi planlaşdırılan Müstəqillik Günü paradı həddindən artıq istilər səbəbindən ləğv edilib.
"Bu qərar diqqətli və hərtərəfli araşdırmadan sonra, iştirakçılarımızın, tamaşaçıların və işçilərimizin təhlükəsizliyi əsas prioritet olaraq qəbul edilib", - təşkilatçıların açıqlamasında deyilir.
Təhlükəli istilik dalğası bir çox Amerika şəhərlərinə yüksək temperatur gətirib. ABŞ Hava Proqnozlaşdırma Mərkəzinin məlumatına görə, cümə günü Kanzasdan Menə qədər 197 milyondan çox insan həddindən artıq istilər barədə xəbərdarlıq altında olub.
SAMİRƏ