Ukrayna ilə Rusiya arasında qarşılıqlı hücumlar davam edir. Ukrayna Rusiyanın Sankt-Peterburq şəhərini dronlarla hədəfə alıb. Ukrayna mediası ordunun şəhərin neft terminalını vurduğunu və genişmiqyaslı yanğına səbəb olduğunu bildirib.
Rusiya rəsmiləri də ölkənin ikinci ən böyük şəhəri olan Sankt-Peterburqun bu günə qədər ən böyük dron hücumlarından birinə məruz qaldığını bildiriblər. Hücumlar səbəbindən hava limanlarında uçuşlar dayandırılıb və mobil internet şəbəkələri sıradan çıxıb.
Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko hava hücumundan müdafiə sistemlərinin 72 dronu vurduğunu bildirib. Hücumda ölən və yaralananların sayı barədə heç bir məlumat verilməyib.
Ukraynadan təxminən 900 kilometr məsafədə yerləşən Sankt-Peterburq əvvəllər də dron hücumlarına məruz qalıb. Ötən ay şəhərin neft terminalı və Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu zamanı limandakı bir hərbi gəmi də hədəfə alınıb.
Tahir TAĞIYEV