NATO Rusiyanın müharibəni qızışdırmağa davam etdiyi və alyansla açıq qarşıdurmaya doğru irəlilədiyi bir ssenariyə hazır olmalıdır. Latviya Prezidenti Edqars Rinkeviçs bunu cümə günü DW-yə verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, NATO üzv dövlətləri Kremlə "Rusiya NATO-ya meydan oxuyarsa, alyansın cavabı qarşılıqlı olacaq" siqnalını verməlidir.
Rinkeviçs həmçinin vurğulayıb ki, Avropanın iştirakı olmadan Ukraynada sülh mümkün deyil. Latviya Prezidenti əmindir ki, ölkənin AB-yə daxil olması, "təhlükəsizlik səbəbləri də daxil olmaqla, bizim maraqlarımıza uyğundur".
SAMİRƏ