Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin sözlərinə görə, Hörmüz boğazı İran üçün ABŞ-la münaqişədə "nüvə silahından zəif olmayan bir silaha" çevrilib, lakin onun ehtiyatında "termonüvə silahı" - Bab əl-Məndəb boğazı da var.
"Düşünürəm ki, İranın ehtiyatında təkcə nüvə silahları deyil, həm də termonüvə silahları var və bu, hərbi münaqişə halında istifadə edilə bilən Bab əl-Məndəb boğazıdır, bu vəziyyət neft və bütün digər nəqliyyat yollarının bağlanmasına səbəb ola bilər" – deyə Medvedev bildirib.
O bildirib ki, İran və ABŞ arasında anlaşma memorandumu gələcək danışıqlar üçün zəmin yaradır, lakin İran və ABŞ arasında yekun razılaşmaya nail olmaq prosesi olduqca çətin olacaq.
İran və ABŞ arasında anlaşma memorandumunun gələcək danışıqlar üçün zəmin yaratdığını deyən Medvedev, lakin İran və ABŞ arasında yekun razılaşmaya nail olmaq prosesinin olduqca çətin olacağını bildirib.
"Danışıqlar həmişə danışıqların olmamasından daha yaxşıdır, amma bu nəyəsə gətirib çıxarmalıdır... ABŞ-da hər kəs İrana qarşı sanksiyaların ləğv edilməsini istəmir. Məsələn, İranda yenidənqurması üçün vəsait ayrılması da daxil olmaqla bir sıra məsələlərdə razılığa gəlmək olduqca çətin olacaq", - deyə Medvedev bildirib.
O, ABŞ-ın hücumuna səbəb olan İranın nüvə proqramı ilə bağlı müzakirələrin sadəcə ümumi ifadələrlə məhdudlaşdığını və heç kimin heç bir dəlil təqdim etmədiyini bildirib. Bununla bağlı Rusiya Təhlükəsizlik Şurasının sədr müavini əlavə edib ki, Moskvanın hələ də İranın nüvə məsələsini dinc yolla həll edə biləcək təklifləri var (uranın İrandan Rusiyaya daşınmasını nəzərdə tutur).
Tahir TAĞIYEV