Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya lideri Putinə Rusiyanın işğal etdiyini iddia etdiyi Donetsk vilayətinin Kostyantinovka şəhərində görüşməyi təklif edib.
Zelenski eyni zamanda Rusiyanın Kostyantinovkanı işğal etdiyi iddialarını da təkzib edib: "Amerikanın Müstəqillik Günü ərəfəsində Putin dünyaya və ABŞ prezidentinə cəbhədəki vəziyyətlə bağlı yalan danışmağı seçdi. O, iddia edir ki, Rusiya qüvvələri guya Donbasda Kostyantinovkanı ələ keçirib. Əlbəttə ki, bu doğru deyil. Bu, sadəcə başqa bir rus yalanıdır. Əgər Kostyantinovka Rusiyanın nəzarəti altında olsaydı, bəlkə də Putin bu müharibəyə son qoymaq üçün diplomatik yol tapmaq üçün mənimlə orada görüşməkdə heç bir problem yaşamazdı. Amma fakt budur ki, o, cəbhə xəttini keçməyəcək - reallıq Putinin sözlərindən çox fərqlidir”.
Tahir TAĞIYEV