Cümə günü, 06 noyabr 2026
     

Vətənə və xalqa həsr olunmuş ömür

Image


Tanınmış ədliyyə polkovniki, vətənpərvər şəxsiyyət

Şahbaz İlyas oğlu Aslanovun işıqlı xatirəsinə

Hər bir insanın ömrü bəşəriyyət tarixində bir iz qoyur. Ləyaqətlə yaşanmış, Vətənə və xalqa həsr olunmuş ömürlər isə nəsillərə örnək olacaq bir məktəbə çevrilir. Belə unudulmaz və şərəfli ömür sahiblərindən biri də tanınmış dövlət xadimi, yüksək mənəviyyatlı ziyalı, ədliyyə polkovniki Şahbaz İlyas oğlu Aslanovdur. Onun həyat hekayəsi təkcə uğurlu bir karyeranın deyil, eyni zamanda sarsılmaz zabit şərəfinin, el-obaya bağlılığın və sonsuz Vətən sevgisinin bariz nümunəsidir.

Şahbaz İlyas oğlu Aslanov 1945-ci il janvarın 20-də Gürcüstan Respublikasının qədim Borçalı mahalının Başkeçid (indiki Dmanisi) rayonunun füsunkar Hamamlı kəndində ziyalı ailəsində dünyaya göz açmışdır. 1951-ci ildə Hamamlı kənd orta məktəbinin birinci sinfinə qədəm qoymuş, 1962-ci ildə həmin təhsil ocağını yüksək nailiyyətlə – gümüş medalla bitirmişdir. Elmə və biliyə olan sonsuz həvəsi, gələcəyə böyük ümidləri onu Bakı şəhərinə gətirmiş və o, elə həmin il Bakı Statistika Texnikumuna (indiki Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdindəki Azərbaycan Maliyyə-İqtisad Kolleci) qəbul olunmuşdur. 1964-cü ildə orta ixtisas təhsilini müvəffəqiyyətlə tamamlayaraq mühasib-plançı ixtisasına yiyələnmişdir.

Əmək fəaliyyətinin başlanğıcı və hərbi xidmət illəri

Şahbaz Aslanov əmək fəaliyyətinə 1964-cü ildə doğma Dmanisi rayonundakı Mahmudlu sovxozunda mühasib köməkçisi kimi başlamışdır. Gənc mütəxəssisin işgüzarlığı və məsuliyyəti tezliklə rəhbərliyin diqqətini cəlb etmiş və o, 1965-ci ilin yanvar ayından etibarən Dmanisi Rayon Statistika İdarəsində kənd təsərrüfatı üzrə böyük inspektor vəzifəsinə irəli çəkilmişdir.

1965-ci ilin fevralından 1967-ci ilin dekabrınadək Rusiya Federasiyasının Leninqrad (indiki Sankt-Peterburq) şəhərində ordu sıralarında müqəddəs əsgərlik borcunu yerinə yetirmişdir. Xidmət dövründə nümayiş etdirdiyi yüksək intizam və təşkilatçılıq qabiliyyətinə görə bölmə komandiri təyin edilmiş, serşant rütbəsinə layiq görülmüşdür. O, həmçinin xidməti fəallığına görə “Böyük Vətən müharibəsinin iyirmi illiyi” yubiley medalı ilə təltif olunmuşdur.

Daxili işlər və ədliyyə orqanlarında xidmət yolu

Hərbi xidmətdən tərxis olunduqdan sonra taleyini birdəfəlik hüquq-mühafizə orqanlarına bağlayan Şahbaz Aslanov 1968-ci ilin yanvarından Azərbaycan İctimai Asayişin Mühafizəsi Nazirliyinin (indiki Daxili İşlər Nazirliyi) Bakı şəhərindəki 10 nömrəli islah-əmək müəssisəsində nəzarətçi usta kimi xidmətə başlamışdır. Elə həmin ilin oktyabr ayında peşəkarlığı ilə seçilərək Nazirliyin Həbs Yerləri İdarəsinin maliyyə-plan şöbəsində iqtisadçı-mühəndis vəzifəsinə təyin edilmişdir.

Şahbaz Aslanov fəaliyyəti boyu mükəmməl savada və hərtərəfli biliklərə sahib olmağı qarşısına məqsəd qoymuşdu. Bu məqsədlə o, xidmətdən ayrılmayaraq 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Geologiya-coğrafiya fakültəsinin qiyabi şöbəsinə daxil olmuş və 1974-cü ildə ali təhsilini uğurla başa vurmuşdur. İqtisadiyyat və maliyyə sahəsində biliklərini daha da təkmilləşdirmək istəyi ilə 1974–1979-cu illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti – UNEC) Uçot-iqtisad fakültəsinin axşam şöbəsində ikinci ali təhsilə yiyələnmişdir.

1972-ci ilin iyun ayından etibarən daxili işlər və ədliyyə sistemində məsul vəzifələrdə çalışan Şahbaz Aslanov İslah Əmək Müəssisələri İdarəsində (sonralar Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi, indiki Penitensiar Xidmət) şöbə rəisinin müavini və şöbə rəisi vəzifələrinədək yüksəlmişdir. Göstərdiyi peşəkar xidmətlərin bəhrəsi olaraq, ona 1975-ci ildə "daxili xidmət leytenantı", 1995-ci ildə isə "ədliyyə polkovniki" ali zabit rütbələri verilmişdir.

Zabit şərəfi, vətənpərvərlik və Qarabağ səhifəsi

Polkovnik Şahbaz Aslanov 1995-ci ilin iyun ayından 2000-ci ilin yanvar ayına qədər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin maliyyə-plan şöbəsinin rəisi vəzifəsində səmərəli fəaliyyət göstərmişdir. Yüksək intellektual səviyyəsi, dərin dövlətçilik təfəkkürü və xidməti prinsiplərə sadiqliyi ilə rəhbərlik etdiyi kollektivin dərin rəğbətini qazanmış, gənc ədliyyə kadrlarının yetişməsində əsl örnək və hamiyə çevrilmişdir. Nümunəvi zabit bu uca zirvəyə özünün sarsılmaz əzmkarlığı, yüksək idarəçilik mədəniyyəti və mənəvi keyfiyyətləri sayəsində ucalmışdır. O, xidməti fəaliyyəti dövründə dəfələrlə nazirliyin fəxri fərmanları və müxtəlif mükafatlarla təltif edilmişdir.

Şahbaz Aslanov təkcə kabinet işçisi deyil, eyni zamanda ölkənin çətin günlərində Vətən naminə canını fəda etməyə hazır olan fədakar bir zabit idi. O, 1988–1993-cü illərdə – Dağlıq Qarabağ münaqişəsinin ən alovlu dövrlərində – dəfələrlə münaqişə bölgəsinə, o cümlədən Ağdam, Şuşa və digər strateji rayonlara xidməti ezamiyyətlərə göndərilmiş, döyüş şəraitində rəhbərliyin verdiyi xüsusi tapşırıqları canıbahasına, böyük cəsarət və ləyaqətlə yerinə yetirmişdir.

Parlaq xatirələrin işığı və ziyalı ehtiramı

Şahbaz Aslanovun vaxtsız vəfatından sonra jurnalistlər Mahir Süleymanov və Knyaz Aslan onun əziz xatirəsinə ithaf olunmuş “Polkovnik Şahbaz Aslanov: Mənəvi ömrün başlanğıcı” adlı xüsusi buraxılış hazırlayıb nəşr etdirmişlər. Beş min nüsxə tirajla işıq üzü görən bu nəfis nəşrdə Azərbaycanın bir çox tanınmış elm, mədəniyyət və söz xadimlərinin – akademik Kamal Talıbzadənin, professor Camal Mustafayevin, Xalq artisti Canəli Əkbərovun, Xalq şairi Zəlimxan Yaqubun, yazıçı-publisist Məzahir Süleymanzadənin, şairə Səadət Butanın və digər nüfuzlu ziyalıların ürək sözləri, onun nəcib xarakteri barədə xatirələri toplanmışdır.

Tanınmış alimlər Razim Məmmədli və Vahid Ömərli bu unudulmaz zabitə həsr etdikləri məqalədə polkovnikin yüksək mənəviyyatını bu sözlərlə vəsf edirlər:

“Başkeçidin, Borçalının, bütövlükdə Azər­bay­­canın sayılıb-seçilən ləyaqətli oğul­larından olan polkovnik Şahbaz Aslanovun ürəyi daim yaxşılıqlarla döyünürdü. Ən müxtəlif məsələlərlə bağlı ona pənah gətirənlərə imkan daxilində kömək göstərməyə çalışan bu gülərüzlü insan el-oba arasında böyük nüfuz və hörmət qazanmışdı. Şahbaz İlyas oğlu xeyirxahlıq, səmimiyyət və alicənablıq örnəyi idi. O, hələ gənc yaşlarından el ağsaqqalı mərtəbəsinə yüksəlmişdi. Yanına gələnləri, ondan məsləhət almaq istəyənləri özünəməxsus təmkinlə dinləyər, fikirlərini tam ifadə etmələrinə şərait yaradar, sonra isə onlara ən doğru, məntiqli və ağlabatan yol göstərərdi. Dəfələrlə şahid olmuşduq ki, dost-tanışa, qohum-əqrəbaya dəyərli tövsiyələr verəndə, onlara mənəvi dayaq olub əl tutanda, xeyirxah bir iş görmüş insan kimi özünü son dərəcə xoşbəxt hiss edirdi”.

Əbədiyyətə qovuşan ömür

Amansız və qəfil ölüm polkovnik Şahbaz Aslanovu ömrünün və yaradıcılığının ən məhsuldar çağında – xidməti vəzifəsini yerinə yetirərkən, iş başında yaxalamışdır. Sədaqətli Vətən oğlu 2000-ci il yanvar ayının 27-də, ömrünün 55-ci baharında qəfildən gözlərini əbədi yumaraq haqqa qovuşmuşdur...

İllər bir-birini əvəz etsə də, ədliyyə polkovniki Şahbaz Aslanovun işıqlı obrazı, vətənpərvərliyi və nəcib əməlləri onu tanıyanların, çiyin-çiyinə çalışdığı həmkarlarının və bütün Borçalı sevdalılarının yaddaşından heç vaxt silinməyəcəkdir. Cismən aramızda olmasa da, onun adı Azərbaycan dövlətçilik tarixinə, xatirəsi isə onu sevənlərin qəlbinə əbədi həkk olunmuşdur. Çünki Şahbaz Aslanov kimi şəxsiyyətlərin ölümü sadəcə fiziki bir sonluqdur; onların mənəvi ömrü isə əbədiyyət qədər sonsuzdur və nəsillərin yaddaşında daim yaşayacaqdır.

Vahid Ömərov

Azərbaycan Milli Elmlər Akademiyasının

Fəlsəfə və Sosiologiya İnstitutunun aparıçı elmi işçisi,

fəlsəfə üzrə fəlsəfə doktoru, dosent



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ