Novorossiysk yanacaqdoldurma məntəqələrində benzin qurtarıb və indi yalnız yanacaq kartı sahibləri yanacaq doldura bilir.
Bu kartlar yanacaq operatorları ilə müqavilələr əsasında şirkətlərə verilir və şirkət avtomobillərində istifadə üçün nəzərdə tutulub. Dizel yanacağı hələlik yalnız səkkiz yanacaqdoldurma məntəqəsində mövcuddur.
Novorossiysk sakini 93.ru-ya bildirib ki, benzin çatışmazlığı səbəbindən ictimai nəqliyyatda kondisionerlər işləmir, taksi qiymətləri artıb və küçələrdə avtomobillərin sayı xeyli azalıb.
SAMİRƏ