Ermənistanın Baş naziri Paşinyanın adı 6-9 iyul tarixlərində Yekaterinburqda keçiriləcək "İnnoprom" beynəlxalq sənaye sərgisinə dəvət olunmuş natiqlər siyahısından çıxarılıb.
Ermənistan Baş nazirinin adı əvvəllər "Sənaye 360: Sərhədsiz İstehsal" adlı əsas plenar iclasın proqramına daxil edilmişdi. Bu barədə həm sərginin rəsmi saytında, həm də Rusiya mediasında da xəbərlər yayıımışdı. Paşinyanın Rusiyanın Baş naziri Mixail Mişustin və digər ölkələrin nümayəndələri ilə birlikdə çıxış etməsi gözlənilirdi.
Lakin sonradan Ermənistan Baş nazirinin adı tədbirin veb saytında dəvət olunmuş natiqlər siyahısından “yoxa çıxıb”. Sərgi təşkilatçıları hələlik proqramdakı dəyişikliklə bağlı şərh verməyiblər və bunun Paşinyanın səfərinin ləğvi və ya iştirakçıların heyətindəki dəyişikliklə əlaqəli olub-olmadığını da məlum deyil.
"İnnoprom 2026" Beynəlxalq Sənaye Sərgisi 6-9 iyul tarixlərində Yekaterinburqda keçiriləcək. Ənənəvi olaraq, onlarla ölkədən hökumət liderləri, nazirlər, biznes və sənaye nümayəndələri iştirak edəcəklər.
Tahir TAĞIYEV