Rusiyanın Moldovadakı səfirliyi Kişinyovdakı "Rus Evi"nin qapılarını bağlayacağını və bəzi funksiyalarının Rusiya səfirliyinin Mədəniyyət Departamentinə veriləcəyini açıqlayıb.
"Dərin təəssüf hissi ilə bildiririk ki, Moldova hökumətinin qərarı ilə Kişinyovdakı Rusiya Elm və Mədəniyyət Mərkəzi (Rus Evi) qapılarını bağlayır. Uzun illərdir ki, mərkəzimiz görüşlər, dialoq və dostluq məkanı olub", - səfirliyin açıqlamasında deyilir.
Daha əvvəl tanınmamış Dnestryanı rəhbərliyi "Rusiyanın mövcudluğunu məhdudlaşdırmaq üçün dağıdıcı cəhdlərin qarşısını almaq" məqsədilə, Kişinyovda bağlandıqdan sonra Rus Evini qəbul etməyə hazır olduğunu bildirmişdi. Moldova hökuməti Tiraspolun bunu etmək üçün qanuni səlahiyyətinin olmadığını qeyd etdi və həmçinin xatırlatdı ki, Rus Evi Moldova vətəndaşlarını Rusiyada təhsil almağa dəvət etmək üçün istifadə olunub və bu, mövcud şəraitdə Rusiya ordusunda və Ukraynada cəbhə xəttində qalmaq riski daşıyır.
SAMİRƏ