İran prezidenti Məsud Pezeşkian Ermənistana verdiyi dəstəyə görə təşəkkür edib və ölkəsi üçün çətin dövrdə Tehran və İrəvan arasında əlaqələrin möhkəmləndirilməsinin hər iki tərəfin maraqlarına uyğun olduğunu vurğulayıb.
”Mehr” agentliyinin xəbərinə görə, o bu barədə Ayətullah Seyid Əli Xameneinin yas mərasimlərində iştirak etmək üçün İrana gedən Ermənistanın baş naziri Nikol Paşinyanla Tehranda görüşündə bildirib.
Pezeşkian liderin və son münaqişənin digər qurbanlarının öldürülməsindən sonra verilən başsağlığı və dəstəyə görə Ermənistan hökumətinə və xalqına minnətdarlığını bildirib. Onun sözlərinə görə, bu cür bəyanatlar iki qonşu dövlət arasında dərin tarixi bağları və dostluq münasibətlərini əks etdirir.
Maraqlıdır, iran prezidenti əslində bununla nə demək istəyib? Burada Pezeşkianın “bizim münasibətlərimiz kənar müdaxilələrdən azad olmalıdır” fikri xüsusilə maraq doğurur. Ən azı o baxımdan ki, hazırda Ermənistan Rusiyanın təsirindən qoparaq sürətlə Qərbə inteqrasiya yolunu tutub. Bu kontekstdən yanaşdıqda Pezeşkianın həmin fikri “ABŞ-a yaxınlaşsanız biz sizdən uzaqlaşa bilərik” kimi də başa düşülə bilər. SAMİRƏ